KepezTV Player
Pəhləvan fevralın 8-9-da İranın Təbriz şəhərində sərbəst güləş üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku"nda xalça üzərinə çıxacaq. 23 ölkədən 190-a yaxın idmançının qatılacağı turnirdə yığmanın məşqçilər korpusu Süleymanova 79 kq çəki dərəcəsində etimad göstərib. Yanvar ayından millinin təlim-məşq toplanışında iştirak edən 23 yaşlı güləşçinin hazırlıq səviyyəsi və əvvəlki uğurları onun İrandan mükafatla dönəcəyinə ümid verir. Muradın medal kolleksiyasında gənclər arasında Avropa çempionatının qızıl, eyni zamanda gümüş və bürünc mükafatı var. O, böyüklərin yarışında da kifayət qədər uğurlara imza atıb. Belə ki, pəhləvan Avropa çempionatının gümüş, dünya kubokunun isə bürünc medalını boynundan asdırıb.
Orxan Cəfərzadə
- Baxış: 1104