KepezTV Player
Daxili İşlər Nazirliyi ötən gün Binəqədidə öldürüldüyü bildirilən şəxslə bağlı məlumat yayıb. Belə ki, Binəqədi RPİ 6-cı Polis bölməsinin əməkdaşları yol kənarında ağır xəsarətlər almış kişini aşkar ediblər. 44 yaşlı Mübariz Əhmədov xəstəxanaya aparılıb, xəsarətləri ağır olduğundan onun dindirilməsi mümkün olmayıb və o, dünyasını dəyişib. Aparılan əməliyyat-axtarış tədbirləri ilə Əhmədovun “KamAZ” markalı yük avtomobili ilə vurulması müəyyən edilib.Piyadanın ölümü ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü - Gədəbəy rayon sakini Eldar Zalov saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb.Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 525