• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2075
— 06.02.2018 23:52

Təsərrüfatlardan oğurluq edənlər saxlanıldılar

Sabirabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri çərçivəsində Balakənd sakininin təsərrüfatından 2 baş inəyi oğurlayan şəxs saxlanılıb. Heyvanlar Mustafabəyli kənd sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı Asim  Zeynalovun həyətindən tapılıb və sahibinə qaytarılıb

Sabirabad polisi daha bir əməliyyatla Qarağac kənd sakini Ceyran Qocayevanın şəxsi təsərrüfatından bir baş iri buynuzlu heyvan oğurlayan Azadakənd sakini 26 yaşlı Rüfət Quliyevlə qohumu 32 yaşlı Elçin Zeynalovu, eləcə də 17 yaşlı yeniyetməni saxlayıb. Faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.