• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1737
— 06.02.2018 13:43

Dostu ilə əlbir olub dayısının evini soydu

KepezTV Player

Daha bir oğurluq hadisəsi Beyləqan rayonunda olub. Örənqala kənd sakini Yasin Çərkəzov polisə müraciət edərək, ailə üzvləri evdə olmadığı müddətdə evdən 2000 manat və 3500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Araşdırmalar zamanı Çərkəzovun evindən oğurluğun bacısı oğlu Yaşar Hacıyev və onun dostu  Nizami Nağıyev tərəfindən edildiyi məlum olub. Hər iki şəxs saxlanılıb. Onlar oğurluq etdiklərini etiraf ediblər. Yaşar Haciyevin əvvəllər 6 il, dostu Nizami Nağıyevin isə 20 il məhkumluq həyatı yaşadığı bildirilir.Faktla bağlı araşdırma aparılır.