• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 02.02.2018 14:48

Səyyar Asan kəndlərdə də əhaliyə xidmət göstərir

KepezTV Player

Yenidən Goranboyda olan ASAN Xidmət bu dəfə səyyar xidmətlərini rayon mərkəzində yox, elə kəndlərdə həyata keçirir. 1 ay ərzində 25-dən artıq kənd sakinlərinin bu və ya digər məsələlərlə bağlı çətinlikləri elə yerindəcə həllini tapacaq.

Tamaşa Aslanova – sakin: Ailə üzvlərimin və özümün şəxsiyyət vəsiqəsini dəyişdirməliydik. Rayona gedib gəlmək çətin olurdu. İndi eşitdim ki kəndimizə Asan xidmət gəlib. Gəldik bütün ailə üzvlərimizin şəxsiyyət vəsiqəsini dəyişdirdik. Bu bizim üçün yaxşı oldu.

Asan Xidmətin səyyar qrupunun xidmətlərindən ilkin olaraq Qızıl Hacılı kəndinin sakinləri yararlanıb. Qrup üzvləri mart ayının 2-dək rayonun digər yaşayış məntəqələrində də əhali üçün xidməti asanlaşdırcaqlar.  

Nail Məmmədov - qrup rəhbəri: 25-dan artıq kənddə xidmət göstərməyi nəzərdə tuturuq. Kəndlərdə göstərilən xidmətlər ümumvəətndaş pasportların verilməsi və dəyişdirilməsi eləcədə şəxsiyyət vəsiqələrinin verilməsi eləcədə dəyişdilməsi daxildir.

İlk iki gün ərzində Goranbay rayonunda 400-ə yaxın vətəndaşa xidmət göstərilib. Daha çox müraciətlər isə notariat fəaliyyəti, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasprotlarının verilməsi eləcədə dəyişdirilməsi bağlı olub.

Eldəniz Yusibov – sakin: Çoxdandır mən Asan Xidmətə Gəncə şəhərinə getməliydim. Bu gün bir gözəl iş oldu ki Asan Xidmətin işçiləri bizim kənddə gəlib kollektiv şəkildə əhaliyə xidmət göstərirlər.

Asan Xidmətin səyyar avtobusu buna qədər 4 dəfə Goranboyda olub və 40 minə yaxın vətəndaşa xidmət göstərilib.

 

Natiq Hüseyn