• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 02.02.2018 13:14

Hərbi sursatlar aşkar edildi

KepezTV Player

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən Ağstafanın Saloğlu qəsəbəsində otlaq sahəsinə keçirilən baxış zamanı 497 ədəd müxtəlif növ hərbi sursat, 88 kq yandırma məhsulu aşkar edilib. Hərbi sursatlar zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə köçürülüb. 2 ədəd hərbi sursat isə daşınması mümkün olmadığı üçün yerində partlayış yolu ilə məhv edilib. Saloğluda son bir həftə ərzində ümumilikdə 517 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirib.

 

Zülfiyyə Telmanqızı