• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1744
— 01.02.2018 13:24

Bir neçə gün əvvəl həbsdən çıxan narkotik alverçisi yenidən tutulub

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Hacıyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0,159 qram çəkidə güclü psixotrop təsirə malik narkotik vasitə olan  “Metamfetamin” aşkar edilib. Səbuhi Hacıyev bir neçə gün əvvəl narkotik vasitələrin alqı-satqısında şübhəli bilindiyi üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də saxlanılıb. Amma məhkəmənin qərarı ilə onun barəsində alternativ qətimkan tədbirlərindən biri seçilərək azadlığa buraxılıb.

Əməliyyat tədbirlərinin davamı olaraq Səbuhi Hacıyevə narkotik vasitəni satan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Mənmmədov da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərinə baxış zamanı isə 8 qram “Metamfetamin” aşkar olunaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, Rəşad Məmmədov narkotik vasitəni hazırda xarici ölkələrdən birində yaşayan və şəxsiyyəti məlum olmayan şəxsdən onlayn yolla sifariş edərək alıb. Həmin şəxs sifarişi qəbul edəndən sonra Rəşad Məmmədov narkotik vasitənin pulunu ona pay-point vasitəsilə ödəyib. Pul hesaba köçürüləndən sonra saxlanılan şəxs psixotrop tərkibli narkotik maddəni əvvəlcədən razılaşdırılan yerdən götürüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətlər və əməliyyat-axtarış tədbirləri davam etdirilir.