• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1990
— 31.01.2018 00:17

Ağstafada yolu keçmək istəyən qadını avtomobil vurub

Ağstafa rayonun da avtomobilin piyadanı vurması faktı qeydə alınıb. Hadisə rayonun Qırlı kəndində baş verib. Hərəkətdə olan yuk maşını yolu keçmək istəyən kənd sakini 31 yaşlı İlahə Sadıqovanı vurub. Yaralı dərhal Ağstafa rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Ona baş nahiyyəsinin  sol sifətin və üzün əzilmiş, cırılmış yarası diaqnozu qoyulub. Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu