Gəncə və ətraf rayonlarda əhalinin artan sayı yeni yaşayış massivlərinin salınması və mövcud olanlarının genişləndirilməsinə zəmin yaradıb. Bu isə öz növbəsində kommunal təsərrüfatın yenilənməsi, xüsusilə elektrik enerjisinə artan tələbatın ödənilməsini labüd edir. Dövlət proqramına uyğun olaraq qərb bölgəsində müxtəlif gücə malik olan yeni yarımstansiyaların qurulması və mövcud olanlarının modermləşdirilməsi işi aparılır.
Gəncədə əhalini fasiləsiz və dayanıqlı elektrik enejisi ilə təmin etmək üçün sovet dönəmindən qalan 4 yarımstansiya yeni 110/35/10 və 35/10 kilovatlıq-ları ilə əvəzlənib. Bu isə 89 min abonenti olan şəhərin dayanıqlı və fasizləsiz elektrik enerjisi ilə təmin etməyə imkan verir. Böyük gücə malik Nizami və Yeni Gəncə yarımstansiyaları burada dominantlıq edir. 35/10 kilovatlıq olan Məhsəti və Vazğzalyanı yarımstansiyalarında isə yenidənqurma işləri davam etdirilir. Burada müxtəlif gücə malik transformator məntəqlərinin qurulması genişləndirilən və yeni salınan qəsəbələrin elektrik təminatını həyata keçirəcək. Hazırda Gəncə şəhərinin enerji istehlakı aylıq 44 milyon kilovat/saat-dır.
Elçin Əliyev layihə rəhbəri: Tikintisi davam edən stansiyalarımızi təxminən 40 min əhali üçün nəzərədə tutulur. Yarımstansiyalarımız əhali ilə yanaşı ərazi üzrə zavod və fabriklərin də enerji təminatını həyata keçirə bilər. Məqsəd sovet dönəmindən qalan yarımstansiyaların tam rekanstruksiya edilməsidir.
Qərb bölgəsində mövcud olan yarımstansiyalar ötən əsrin 50 - 70-ci illərində istifadəyə verilib. Azərişıq tərəfindən həyata keçirilən modernləşdirmə tədbirləri isə regionun 9 şəhər və rayonunda 15-dən artıq yarımstansiyanı əhatə edib.
Vüsal Qubadov Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəis müavini: Azərışıq ASC-i tərəfindən həyata keçirilən layihələr bölgənin kənd təsərrüfatının inkşafı ilə bağlı paralel nəzərdə keçirilir. Deyə biələrəm ki, yeniqənqurulan yarımstansiyaların əksəriyyəti istehsal və kənd təsərrüfatı təyinatlı müəssiələrin elektrik enerji ilə keyfiyyətli və səmərəli qidalanmasına xidmət edir.
Qərb Regional Enerji Təchizatı və Satışı idarəsi ümumlikdə bölgədə 292 min əhali və qeyri əhali qrupuna xidmət göstərir və aylıq enerji istehlakı 150 milyon kilovat/saat təşkil edir.
- Baxış: 684