Ölüm hallarının qarşısının alınması, iş yerində xəsarətlər, uşaqlarım əməyə cəlb edilməsi kimi məsələlər Gəncədə Dövlət Əmək Müfəttişliyi tərəfindən təşkil edilən seminar müşavirədə müzakirə edilir. Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquqi normalar işəgötürənlərə izah edilib.
Ötən il 21 saylı region üzrə Dövlət Əmək Müfəttişlıyinin əhatə etdiyi şəhər və rayonlarda iş prosesində ölüm hadisəsi qeydə alınmayıb. Xəsarətlərlə nəticələnən 15 hadisə, uşaq əməyinin istismarı üzrə isə 20 fakt müəyyən edilib. İşçilərin zədələnməsi isə bəzi hallar isə gündəli iş rejiminə təsir etməyib.
Rasim Yusifov - Det-al Alminium MMC-nin texniki təhlüksizlik demartamentinin meneceri – Daimi biz Dövlət Əmək müfəttişliyi ilə birgə işləyirik. Yeni qanunvericilin tələbləri, yeni qanunların işlənməsi, onların yerlərdə tətbiq edilməsi üçün biz tərəfdən lazımı işlər görülür.
İşə götürən zaman işçi əmək müqaviləsi ilə tam tanış olunmalı, ona hüquq və vəzifələri izah edilməlidir. Hansı işi, hansı şəraitdə görəcəyi barədə işçiyə məlumat verilmədir. O, cümlədən işçi texniki təhlükəsizlik və istismar qaydaları ilə tam təmin edilməlidir. Gəncə, Samux və Göygöldə əmək qanunvericiliyinin sadalanan hallarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə 2 min manat məbləğində cərimələr tətbiq edib.
Xəqani Səfərov - 21 saylı region üzrə Dövlət Əmək Müfəttişlıyinin rəisi – 2017-ci il ərzində Gəncə Samux və Göygöl rayonu ərazisində bizim tərəfdən araşdırmalar aparılmışdı. Araşdırmalar isə göstərib ki, əmək haqlarının gecikdirilməsi, əməyin mühafizəsinin qorunması və zərərçəkənlər haqqında hansısa xəsarətin yerinə yetirilməsi o cümlədən onlara tətbiq olunan cərimələrin yazılması və cərimələrin keçirilməsidir. Biz bu il ərzində demək olar ki, Dövlət Əmək Müfəttişlıyinin Xidməti bütün müəsisə və təşkilatlarda maarifləndirmə işləri də aparmışıq.
Bu dəfəki seminar müaşvirədə 50-ə yaxın idarə və müəssisədən olan işə götürənlərə əmək şəraiti, əmək funkiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları barədə ətraflı məlumat verilib.
Elnur Vahidoğlu
- Baxış: 1296