Bu günə xəbərlərin oxunma sayı: 1173
— 25.01.2018 15:04

Göygöldə özünüməşğulluğa maraq artıb

KepezTV Player

Ötən il Göygöl rayonunda 250 nəfəri daimi işlə təmin olunub. Məşğulluq Mərkəzinə işaxtaran kimi müraciət edən 1483 nəfərdən 443-ü qadınlardır. İşaxtaranların əsas müraciət etdiyi peşələr isə çilingər, qaynaqçı, inşaat işlərində fəhlə və uşaq baxıcılığı olub. Ötən il 59 rayon sakininə işsizlik müavinəti verilib. Rayonda fəaliyyət göstərən 42 idarə, təşkilat və sahibkarlıq subyektindən mərkəzə orta hesabla 300-ə yaxın boş iş yeri barədə məlumat verilib. Eləcə də özünüməşğulluq proqramına uyğun olaraq ötən il 15 nəfər kurslara cəlb edilib və yüksək qiymət alan 10 nəfər aktivlərlə təmin olunub.  

Ülfət Əhmədov Göygöl Rayon Məşğulluq Mərkəzinin direktoru: Ölkə başçısınında bu gün verdiyi xüsusi tapşırıqlar və diqqətində olan özünəməşğulluq proqramları, vətəndaşların işsizliyini aradan qaldırmaq üçün ayrılan vəsait artıq 35 milyon manat təşkil edir. Buda o deməkdir ki, ötən il nəzərdə tutulan 10 nəfərə özünəməşğulluqla bağlı aktivlər merilmişdisə, bu il il 6 dəfə çox,  hardasa 50-60 nəfərə aztəminatlı ailələrə aktivlər veriləcək.