Mütəxəssislər bu il kartofun məhsuldarlığının daha çox olacağını proqnozlaşdırır. Əgər aqrotexniki qaydalara düzgün əməl olunub, zərərvericilərə qarşı vaxtında tədbirlər həyata keçirilərsə. Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun alimlərinin Şəmkirdə fermerlərlə keçirdiyi görüş bu məqsədə xidmət edir.
Dövlət Stastika Komitəsinin məlumatına əsasən 2017-ci ildə ölkə üzrə 914 min tona yaxın kartof istehsal olunub. Bu göstərici əvvəlki ilə nisbətən 1,3 faiz çoxdur.
Sahib Bayramov – fermer: Bu il 15 hektarda kartof əkmişəm. Rusiya toxumudur. Hektara ildə 35-40 ton həmin toxumdan kartof götürürəm.
Adil Nərimanov – fermer: Sonuncu dəfə mən bir hektar sahədə kartof əkmişəm 25 ton məhsul götürmüşəm. Ancaq kəndimizdə elə adam olub ki daha çox məhsul götürüb. Hektardan 30-35 ton məhsul götürənlər olub.
Gəncə-Qazax zonasında kartofun yeni texnoloya üzrə becərilməsi zərərvericilərə qarşı inteqrir mübarizə tədbirlərinin görülməsini vacib edir. Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun və Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müətəxəssisləri tərəfindən Şəmkir, Samux və Gədəbəydən olan fermerlərə mübarizə metodları barədə məlumat verilib.
Azad İbrahimov - Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədiqat İnsititunun direktoru: Zərərvericilər eləcədə zərərverici xəstəliklər birdən birə yaranmır. Əlbəttə onların coğrafiyasını izləmək lazımdır. Bunun üçün bizim dayaq məntəqələrinin mütəxəssisləri vaxtaşırı olaraq mövsümü əkinlərdə olur fermerlərlə müəyən məsləhətləşmələr aparırlar. Müəyən proqnoz xarakterli proflaktiki tədbirlər görürlər.
Kartof sahələrində bol məhsul əldə etmək üçün düzgün aqrotexniki qulluqla yanaşı toxum seçimi də vacib sayılır. Yerli iqlim şəraitinə uyğun və zərərvericilərə qarşı davamlı toxumlara üstünlük verilməsi məsləhət görülür.
Azad İbrahimov - Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədiqat İnstitutunun direktoru: Rusiyadan yeni məhsuldar kartof toxumları gətirilib. Artıq payızdan onların saxlanılması təmin olunub. Bu gün fermerlər həmin məhsuldar və xəstəliyə davamlı toxumları əldə ediblər. Gözləyirik ki məhsuldarlıq daha yüksək olacaq.
Gəncə-Qazax iqtisadi bölgəsi üzrə bu istiqamətdə təlimlərin digər rayonlardada təşkili planlaşdırılır.
Natiq Hüseyn
- Baxış: 681