• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1602
— 24.01.2018 13:07

Gömrük nəzarətindən gizlədilən mobil telefon və aksesuarları aşkar olunub

KepezTV Player

Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin qapılarının içərisində 71 ədəd mobil telefon, həmçinin 71 ədəd yükləyici və 71 qutu aşkara çıxarılıb.Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı