• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1730
— 24.01.2018 13:28

1 tona yaxın at ətini "mal əti" kimi satmaq istədi

KepezTV Player

Insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan ət məhsullarının satışının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. 1 tona yaxın mənşəyi məlum olmayan əti satmaq istəyənlər ifşa olunub.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qusar rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satıldığı barədə əməliyyat məlumatı daxil olub. Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində rayon sakinləri Rudik Haqverdiyev və Mehdi Mehdiyev 1 tona yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar. Aşkar edilən ətdən götürülən nümunələr laborator müayinəyə göndərilib. Ekspert rəyi ilə müəyyən edilib ki, həmin ətlər xəstə və yaşlı at cəmdəklərinə məxsusdur. İsitifadəyə tam yararsız olmaqla bərabər insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Saxlanılan şəxslər Qusar, eləcə də ətraf bölgələrdən əldə etdikləri xəstə atları kəsərək həmin ətlərin iribuynuzlu mal əti adı altında Bakı şəhərində satışını təşkil etmək istəyiblər.

Saxlanılan şəxslərin yaşadıqları evlərin həyətyanı sahələrinə keçirilən baxış zamanı oradan atların kəsilmiş və iz itirmək məqsədi ilə torpağa basdırılmış hissələri, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar da aşkar olunub. Faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq Şöbəsinə göndərilib.

 

Zülfiyyə Telmanqızı