• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1634
— 24.01.2018 13:37

58 yaşlı kişi bıçaq xəsarəti aldı

KepezTV Player

Bakının Səbail rayonunda qanlı hadisə baş verib. Olay rayonun Əlibəyov qardaşlar küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb. 58 yaşlı Əli Əzimov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Əməliyyatdan sonra vəziyyəti qənaətbəxş olan Əli Əzimovu polis dindirib. O, ifadəsində bildirib ki, evində nəvəsi üçün kiçik toy məclisi təşkil edib. Soyuducuda olan buzu bölən zaman bıçaq təsadüfən ona dəyib. Lakin araşdırmalar zamanı zərərçəkənin düzgün ifadə vermədiyi məlum olub. Belə ki, həkimlərin rəyinə görə Əli Əzimovda daxilə nüfuz edən iki bıçaq xəsarəti olub. Səbail polisi məclisdə iştirak edən digər şəxsləri şahid qismində dindirir. Hadisənin baş vermə səbəbləri araşdırmaların sonunda bəlli olacaq. Faktla əlaqədar başlanılan araşdırmalar davam edir.

 

Zülfiyyə Telmanqızı