Şəmkir rayonunun fəal gəncləri bu şuarla ucqar dağ kəndində maraqlı aksiya keçiriblər. Internetə çıxış çətin olduğundan kəndin balaca sakinlərinə kitablar hədiyyə edilib. Hansı ki, həmin kitablar şagirdlərin tədris prosesinə kömək edəcək əyani vasitələrdir.
Şəmkirin rayon mərkəzindən təxminən 43 km məsafədə yerləşən Nərimanlı kəndi, dəniz səviyyəsindən 1200 m yüksəklikdə salınıb. Kənddə 96 ailə, 500-ə yaxın insan yaşayır. 63 uşağın təhsil aldığı kənd ümumi məktəbində şagirdlərin oxumağa marağı böyükdür.
Minarə Novruzova şagird: Şəhərdən göndərilən test vəsaitləri ilə keçirilən monitorinqlərlə biliklərimizi yoxlaya bilirik. Keçirilən testlərdə 4-5 qimyəti alırıq.
Nərimanlı kənd ümumi orta məktəbinin binası müasir texnologiyalarla tam təchiz eidlib. Ancaq dağlıq ərazidə yerləşən kəndin internetə şəbəkəsinə qoşulması çətinlik yaratdığndan müəllimlər və şagirdlər daha çox əyani vəsaitə kimi kitablardan faydalanırlar. Bu kitabları əldə etmək üçün isə müəllimlər müəyən məsafə qətt edərək rayon mərkəzinə və yaxud da ətraf kəndlərə üz tuturlar.
Firuzə Əhmədova şagird: Biz hamımız yaxşı oxumağa çalışırıq. Yəni bizim məktəbimzidə kompyuterdə var. Ancaq internet olmadığına görə biz kitablarla oxumağa daha çox həvəs yaradırıq. Biz bir çox şeyləri kitabdan öyrənirik. Bizim bilik mənbəyimiz kitabdır.
Əfsanə Əhmədova müəllimə: Uşaqlarla tez summativ eləyirik. Testlərdən istifadə edirik. Buna görə tez-tez aşağı rayona gedib yeni testlərdən gətirməyə məcburuq.
Məcburiyyəti aradan qaldırmaq üçün Şəmkirin fəal gəncləri şəxsi kitablarını və əldə etdikləri nəşrləri Nərimanlı kənd məktəbinə təqdim ediblər. Məktəb kitabxanasının fondunun zənginləşməsi isə istifadə imkanlarını artırır.
Kənan İbrahimov Şəmkir Rayon Təhsil Şöbəsinin məsul əməkdaşı: Bizim məqsədimiz odur ki uşaqların əl çatmayan kitabları onlara biz yetirək ki onlar həm asudə vaxtlarını səmərəli istifadə etsinlər həm də mariflənsin eləcədə oxuma vərdişlərini daha da inkişaf etdirsinlər. Biz Şəmkir gəncləri olaraq ordu torpaqları kitab könülləri fəth edər adı altında öz töhfəmizi vermək istədik.
Təqdim olunan kitabların arasında Azərbaycanın ən yeni tarixi, ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyev, eləcə də Heydər Əliyev Fondu tərəfindən təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrdən bəhs edən kitablar çoxluq təşkil edir. Kənd sakinləri dünya və yerli yazarların qələmə aldıqları ədəbiyyatlardn da yararlana biləcək. Aksiyanın rayonun digər dağ kəndlərində də təşkili planlaşdırılır.
Natiq Hüseyn
- Baxış: 893