• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1001
— 22.01.2018 13:17

Qəzalar peşmanlıq gətirdi

KepezTV Player

Niyyət mənzil başına çatmaq olsa da üzləşdikləri başqa oldu. Qəzaya düşüb xəstəxanalıq oldular. Hadisələrin təfərrüatlarını izləyək...

Saatlı rayonunun mərkəzində "VAZ 2106" markalı minik avtomobili BMW markalı avtomobillə toqquşub. Qəza nəticəsində "VAZ 2106" markalı minik avtomobilində olan 63 yaşlı Əziz Məmmədov ölüb. Avtomobildə olan sərnişinlər 47 yaşlı Fatma Əsədova, 54 yaşlı Atlas Əsədova, 63 yaşlı Nadir Əsədov və Rəbiyyə Adgözəlova xəsarət alıb. Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyəti ağır olan Fatma Əsədova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, Nadir Əsədov əməliyyat olunub. Qeyd edək ki, "VAZ 2106" markalı minik avtomobilinin sürücüsü və sərnişinlər Cəbrayıl rayon sakinləridir. Onlar Sabirabad rayonuna yas mərasiminə gəliblər və geri qayıdarkən qəzaya düşüblər. Göygölün Yeni Qızılca kəndində qəza baş verib. Daşkəsən rayon Quşçu kənd sakini 42 yaşlı Vüqar Alıyev “VAZ 2106” markalı minik avtomobilindən düşmək istəyən zaman hərəkətdə olan "QAZel" markalı avtomobil onun avtomobilinin qapısına çırpılıb. Bu zaman müxtəlif bədən xəsarətləri alan Vüqar Alıyev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətilib. Ona ilkin tibbi yardım göstərilib və palataya yerləşdirilib. Tovuz rayonunun Cırdaxanlı kəndində yol-nəqliyyat hadisəsi olub. 25 yaşlı Rahim İbrahimovun sükanı arxasında olduğu “Mitsubishi Pajero” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücü Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona sağ qolun və ayağın travmatik zədələnməsi diaqnozu qoyulub və ilkin tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Yevlax rayonunun Aran qəsəbəsində isə piyadavurma qeydə alınıb. 49 yaşlı Ruhəngiz Məmmədovanı avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə zamanı digər bir qadın qəzanın şokuna düşüb. Həmin qadına da tibbi yardım göstərilib. Faktlarla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı