• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1029
— 22.01.2018 00:44

Tovuzda avtomobilini ağaca çırpan sürücü yaralanıb

Tovuz rayonunda yol qəzası baş verib. Hadisə rayonun Cırdaxanlı kəndində olub. 25 yaşlı Rahim İbrahimovun sükanı arxasında olduğu “Mitsubishi Pajero” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücü Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona sağ qolun və ayağın travmatik zədələnməsi diaqnozu qoyulub və ilkin tibbi  yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

 

Elnur Vahidoğlu