• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1794
— 19.01.2018 13:18

Banka basqın edən şəxs yaxalandı

KepezTV Player

Niyyəti banka basqın edib pul əldə etmək idi. Amma qazanmaq yerinə itirməli oldu. Həm də bütün maddi dəyərlərdən daha üstün olan azadlığını. Bakıda baş verən basqının təfərrüatlarını gətiririk ekranlarınıza.

Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan banklardan birinin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. İdarənin əməkdaşları hadisə yerinə çıxıb.Quldurluq yolu ilə banka basqın edərək xəzinədarı bıçaqla hədələyib pul tələb edən şəxs tərksilah edilərək tutulub.

Saxlanılan şəxsdən hadisə vaxtı istifadə etdiyi bıçaq da götürülüb və o, ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə təhvil verilib. Aparılan araşdırma zaman həmin şəxsin paytaxt sakini Nazim Məmmədov olduğu müəyyən edilib.

Saxlanılan şəxsin ətrafında araşdırmalar və zəruri istintaq tədbirləri davam etdirilir.

 

Zülfiyyə Telmanqızı