Azərişıq “İşıqlı Azərbaycan” layihəsi çərçivəsində Qazaxın elektrik şəbəkəsinin müasirləşdirilməsini davam etdirir. Təchizat sisteminin yenilənməsini işıq sarıdan çətinlikləri olan sakinlər razılıqla qarşılayırlar.
Sayəddin Allahverdiyev sakin külək olanda naqillər bir-birinə toxunurdu. Günlərlə işıq olmurdu. Amma indi Allaha şükür kabellər çəkilir, itkisi az, hər şey yaxşıdır. Bir dəqiqədə olsun Qazaxda işıq dayanmır. Çox gözəl işləyirlər.
Sərhəd rayonu olan Qazaxda sakinlərin işıq sarıdan problemləri olmasın deyə bir neçə kənddə 46 ədəd yeni güc transformatoru quraşdırılıb. 6000 ədəd yeni dayaq basdırılıb. Xanlıqlar, Daş Salahlı, Qazaxbəyli, Çaylı, Birinci və İkinci Şıxlı kəndlərində ümumilikdə 122 klometr uzunluğunda naqil sip kabellə əvəzlənib. Rayonda iki elektrik yarımstansıyası da inşa olunub.
Elşad Məmmədov - Qazax Elektrik Şəbəkəsinin rəisi: Bir ədəd 110\35\6 klovotluq, bir ədəd isə 35\10 klovotluq yarımstansiya ən müasir tələblər səviyyəsində tikilərək əhalinin istifadəsinə verilib. Hal-hazırda elektrik enerjisinin təminatında heç bir problemimiz yoxdur. Əhali fasiləsiz olaraq enerji ilə təmin olunur. Bizim də abonentlərdən yeganə xaişımız odur ki işığın pulunu 100 faiz həcmində ödəsinlər.
Yenidən qurma işləri çərçivəsində sayğaclar da yenisi ilə əvəzlənir. Bu günədək 1650 ədəd sayğac dəyişdirilib. Hazırda rayon mərkəzinin Səməd Vurğun və Mehdi Hüseynzadə küçələrində sip kabellərin çəkilişi ilə paralel olaraq sayğacların yenilənməsi də aparılır.
Ənvər Ömərov - sakin: İndi də elektrik xəttlərinin dəyişdirilməsi bizim problemlərimiz həll edir. Hər şey öz qaydasında gedir. Demək olar ki işığımız istiliyimiz normaldır.
Mətanət Eminova – sakin: 30 ildir burdayam. Demək olar ki bizim işıqlarımız gün ərzində bir saat yanırdı ya yanmırdı. İndi Allaha şükür, yenidənqurmadır. İşığmız da, qazımız da var. İşıqlarımız tam yenilənib. Çox yaxşıdır. Bir dəqiqədə olsun bizim evdə işıq keçmir.
Qazax Elektrik Şəbəkəsi ümumilikdə 22 250 abonentə xidmət göstərir.
Natiq Hüseyn
- Baxış: 466