• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 673
— 19.01.2018 09:11

Tovuzda yanğın olub, qadın ağır xəsarət alıb

Tovuzda ticarət mərkəzində yanğın hadisəsi baş verib. Gecə saatlarında Ticarət Mərkəzinin içərisində yerləşən gül dükanında qəfil yanğın başlayıb. Alovun qarşısı alınsada da, dükanın sahibi, 62 yaşlı Nərgiz Əmiraslanova ağır yanıq xəsarətləri alıb. Bədəninin 65 faizi yanan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan Bakıya Respublika Yanıq Mərkəzinə göndərilib. Hadisənin səbəbləri araşdırılır.

Elton Cabbarlı