• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3206
— 18.01.2018 13:06

Şəmkirdə baş verən silahlı insident kamerala düşüb

KepezTV Player

Ötən gün Şəmkirdə baş verən silahlı insidentin görüntüləri yayılıb.Qeyd edək ki, hadisə 20 yanvar küçəsində, rayon Mərkəzi Bazarının qarşısında baş verib. Küçədə bir nəfərin odlu silahdan açdığı atəş nəticəsində Şəmkir sakini, 26 yaşlı Mircəlal Mehdiyev xəsarət alıb. Mehdiyev Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.Gənc lazımi tibbi yardımdan sonra palataya yerləşdirilib. Faktla Şəmkir Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb.

Nurlan Qurbanov həkim: “Şəmkir Rayon Mərkəzi Xəstəxanasının birinci cərrahiyyə şöbəsinə hər iki ətrafın bud nahiyəsinin, sağ budun əlaqəli, sol budun əlaqəsiz didilmiş-deşilmiş odlu silah yaralanması, travmatik şok diaqnozu ilə daxil olub. İlkin yardım olunub, qanaxma dayandırılıb. Xəstənin vəziyyəti orta-ağır olaraq qalır.