• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2155
— 15.01.2018 13:30

6 yaşlı qız öldü, 3 nəfər xəsarət aldı

KepezTV Player

Bərdə rayonunun Güloglular kəndində ümumi sahəsi 44 m2 olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 22 m2 sahədə yanıb. Yanğın kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub. Yanğın zamanı bir nəfər müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən Bərdə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Daha bir yanğın rayonun Qaradəmirçi kəndində olub. Çingiz Quliyevə məxsus birmərtəbəli fərdi yaşayış evinin mətbəxində başlayan yanğın, qısa zamanda genişlənərək digər iki otağa da keçib.Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb edilib.Yanğın zamanı alovu söndürməyə cəhd edən ev sahibinin oğlu Ceyhun Quliyev əlindən yanıq xəsarəti alıb. Çingiz Quliyev isə tüstüdən zəhərlənib. Hər iki şəxs təcili tibbi yardıma müraciət edib.Hadisələrin başvermə səbəbləri araşdırılır.

 

Zülfiyyə Telmanqızı