• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2239
— 12.01.2018 13:42

Quldurluq edib soydular, özünə də xəsarət yetirdilər

KepezTV Player

Bakı şəhər sakini Roman Həsənov Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verərək yanvarın 8-də paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 20 ünvanında iki nəfər tanımadığı şəxsin onun qarşısını kəsərək pul və mobil telefonunu tələb etdiyini, həmin şəxslərə müqavimət göstərən zaman küt alətlə ona xəsarət yetirərək hadisə yerindən qaçdıqlarını bildirib. Polis tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxslərin axtarışlarına başlanılıb. Həmin şəxslər saxlanılaraq istintaqa təqdim ediliblər.

Saxlanılan şəxslər ifadələri zamanı törətdikləri cinayətləri etiraf edərək hər iki hadisəni həyata keçirmək üçün əvvəldən hazırlıq gördüklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən bu şəxslərin başqa cinayətlərdə iştirak etdiklərini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami RPİ-yə müraciət edə bilərlər.

 

Zülfiyyə Telmanqızı