• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1858
— 12.01.2018 10:03

Sahibinə pivə gətirən robot sərgiləndi

Las-Veqasda keçirilən elektronika istehlakçılarının beynəlxalq sərgisində (CES) Amerikanın Aeolus Robotics şirkəti yığcam ev robotunu nümayiş elətdirib. O, bir çox insanların arzuladığı – soyuducudan pivə gətirmə işini də bacarır. Amma sahibinə içki gətirmək bu robotun yeganə bacarığı deyil. İnsan gövdəli, təkərli Aeolus tam ölçülü ev robotudur. O, minlərlə predmeti ayırd edir və onları yerlərinə qoyur, ya da sahibinin istəyilə gətirə bilir. Bu dəmir adam həm də evdə itmiş əşyaların tapılması üzrə mütəxəssisdir. Sərgidə robot digərlərinə nisbətən o qədər sürətli olmayıb. Həmçinin tədbir iştirakçıları onun ev şəraitinə uyğun olub-olmadığına şübhə ilə yanaşıblar.

 

Cavanşir Məmmədzadə