• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1935
— 11.01.2018 13:45

İki maşın toqquşdu, beş nəfər yaralandı

KepezTV Player

Sabirabad şəhərinin  H.Əliyev prospektində Narlıq kənd sakini, 63 yaşlı Əlican Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillə, Sabirabad sakini, 58 yaşlı İlham Quliyevin idarə etdiyi  “Mercedes” markalı maşın toqquşub.Nəticədə hər iki avtomobilin sürücüsü və sərnişinlər- Narlıq kənd sakinləri, 54 yaşlı Mehriban Əliyeva, 2 yaşlı Bağır Əliyev və 20 yaşlı Fərqanə Cəfərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sabirabad Rayon Xəstəxanasına yerləşdirilib.Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.