• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1725
— 10.01.2018 21:44

​İki qadın dəm qazından zəhərləndi

KepezTV Player

Goranboyda bir gündə 2 qadın zəhərlənib. İlk hadisə rayonun Səfikurd kəndində baş verib. 23 yaşlı Lalə Həsənova səhhətində narahatlıq yarandığından xəstəxanaya çatdırılıb. Yoxlamalar zamanı kənd sakinin dəm qazından zəhərləndiyi müəyyənləşib. Ona tibbi yardım göstərilib. Növbəti zəhərlənmə hadisəsi isə rayon ərazisində qeydə alınıb. 31 yaşlı Gülanə Qarayeva kirayədə yaşadığı mənzildə qızdırıcı sobada istifadə edilən kömürün tüstüsündən zəhərlənib. Xəstəxanaya çatdırılan qadına tibbi yardım göstərlib. Hər iki qadının vəziyyətinin kafi olduğu bildirilir.

Xaliq Qurbanlı