Usta cüdoçuların Azərbaycan Çempionatında Gəncənin iki təmsilçisi fəxri kürsüdə yer alıb. Əldə olunan medalların hər ikisi qızıldır.
Ölkə çempionatının baş mükafatını Samir İsmayılov və Ramiz Məmmədov qazanıb. Məmmədov 100 kq-da, onun komanda yoldaşı isə 81 kq çəki dərəcəsində rəqibləri üçün güclü olub. İsmayılov 35 yaşadək tatami ustalarının yarışında qalib gəlibsə, Ramiz Məmmədov 50-60 yaşlı veteranların mübarizəsində rəqib tanımayıb.
İdman məktəbində məşqçi kimi fəaliyyət göstərən Ramiz Məmmədovun 100-lərlə yetirməsi var. Təcrübəli mütəxəssis müxtəlif yaş qruplarından olan cüdoçulara yapon güləşinin sirrlərini öyrədir. Onlar arasında qitə birinciliklərinin, beynəlxalq turnirlərin, respublika çempionatlarının mükafatçısı var.
Azərbaycan çempionatının qalibi Ramiz Məmmədov ölkəmizi usta cüdoçuların Avropa yarışında təmsil etmək imkanı qazanıb. Qitə çempionatı iyun ayında Şotlandiyada keçiriləcək.
Azad Rəfi
- Baxış: 724