• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1169
— 08.01.2018 13:05

Marketdən oğurluq edildi

KepezTV Player

Paytaxtın Nəsimi rayonunda oğurluq baş verib. Hadisə Ceyhun Səlimov küçəsi, 7 ünvanında yerləşən marketdə qeydə alınıb. Orta yaşlı naməlum şəxs marketin şüşəsini daşla qıraraq içəri daxil olub. 29 ədəd siqaret, 8 ədəd saqqız, 2 energetik içki və bir kassa aparatını götürən şəxs ərazidən uzaqlaşıb. İlkin qiymətləndirməyə görə, market sahibinə 337 manat dəyərində maddi ziyan dəyib. Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə məlumat verilib. Ərazidə olan hüquq-mühafizə orqanları əməkdaşları marketdən təqribən 30 metr aralıda oğurlanmış kassa aparatını yararsız vəziyyətdə aşkar ediblər. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı