• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1921
— 08.01.2018 13:03

Külli miqdarda pirotexniki vasitələr aşkar edilərək götürülüb

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Opel Omega" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb. Həmin şəxs gömrükçülərə nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib.Gömrük baxışı zamanı isə avtomobilin qapılarının içərisindən və tavanından gömrük nəzarətindən gizlədilən 920 qutu pirotexniki vasitələr aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı