• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2240
— 08.01.2018 13:11

Yaşayış evləri yandı

KepezTV Player

Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb. Ümumi sahəsi 170 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 m2 sahədə yanıb.Evin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Daha bir yanğın Qəbələdə olub. Ümumi sahəsi 105 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 75 m2 sahədə yanıb. Hadisə yerinə yanğınsöndürənlr cəlb olunub, alovun qarşısı alınıb. FDaktlar araşdırılır.

 

Zülfiyyə Telmanqızı