• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1131
— 30.12.2017 15:36

2017-ci ildə Gəncə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdi

KepezTV Player

2017-ci ildə Gəncə “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı” olaraq bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Bununla belə geridə qalan il əsasən bir sıra təhsil, mədəni və sosial yönümlü obyektlərin açılışı ilə yadda qaldı. Ən əlamətdar hadisə isə Prezident İlham Əliyevin Gəncəyə səfəri oldu...

Prezident İlham Əliyevin iştirakı ilə Gəncədə bir sıra yeni obyektlərin istifadəyə verilməsi şəhərin həyatında əlamətdar hadisəyə çevrildi. Gəncə Dövlət Filarmoniyasının yeni binası, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan dahi mütəfəkkir Mirşə Şəfi Vazehin muzeyi və parkı,  görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı istifadəyə verildi. Şəhər əhalisini dayanıqlı elektrik enerji ilə təmin etmək üçün “Yeni Gəncə” yarımstansiyasının, inşasına 2014-cü ildə başalnılan və ümumi ərazisi 20 hektar olan “Grand Qafqaz” Ticarət Kompleksinin, habelə Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tələbə evi - yataqxana kompleksinin açılışında da dövlət başçısı iştirak etdi. Ölkə rəhbəri həmçinin yeni istifadəyə verilən “Gəncə Mall” ticarət və əyləncə mərkəzi, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbə baş çəkti, “Majestik Palace” otelinin davam edəm inşası ilə tanış oldu.

Bu il Gəncədə açılışı olan obyektlər bununla yekunlaşmır. Şəhərdə 14 nömrəli tam orta məktəb, 1 və 44 nömrəli körpələr evi – uşaq baxçaları, Sənaye və Texnologiyalar, habelə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzlərinin tədris korpusları əsaslı təmirdən sonra istifadəyə verilib. Yenidənqurma işləri səhiyyə obyektlərindən də yan keçməyib. Gəncədəki Endokrinoloji xəstəxana da əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Sürücü və piyadaların rahat hərəkətini təmin etmək üçün şəhərin mərkəzində inşa edilən iki yeraltı keçid də bu il yeniliklərindəndir. 

2017-ci ili Gəncə üçün əhəmiyyətli edən hadisələrdən biri də şəhərin “MDB-nin Mədəniyyət Paytaxtı” statusunu daşıması oldu. Layihəyə Novruz Bayramı ərəfəsində baş tutan təntənəli açılış mərasimi ilə start verildi. İl ərzində şəhərdə təhsil və mədəniyyət sahələrini əhatə edən xeyli sayda tədbir reallaşdı. Musiqi Festivalı, elmi-praktik konfranslar, dəyirmi masa və seminarlar Gəncə ilə MDB ölkələrinin şəhərləri arasında yeni əlaqələrin qurulmasına, mövcud əlaqələrin isə genişlənməsi və möhkəmlənməsinə imkan yaratdı. Layihəyə MDB ölkələrindən gələn sənətçilərin iştirakı ilə baş tutan konsert proqramı ilə yekun vuruldu.

Bu il şəhərin ev sahibliyi etdiyi bir tədbir də  IV “Türk Oyunları Festivalı” oldu. Qeyri-maddi mədəni irs nümunələrinin ayrılmaz tərkib hissəsi olan ənənəvi uşaq oyunlarının yaşadılaraq gələcək nəsillərə çatdırılması, müxtəlif coğrafiyalarda yaşayan uşaqlar arasında dostluq əlaqələrinin genişləndirilməsini hədəfləyən festivalda Azərbaycan və Türkiyə ilə yanaşı, Qazaxstan və Qırğızıstanlı məktəblilər də iştirak etdilər.

2017-ci il Gəncənin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin Prezident İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq təltif edilməsi ilə də əlamətdar oldu.  

Yekunlaşmaqda olan ildə idman sahəsində də ilklərə və uğurlara imza atıltı. Belə ki, ən böyük nəaliyyət Gəncədə ümumrespublika marafonunun keçirilməsi idi. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarları altında keçirilən qaçış 11 mindən çox insanı bir araya topladı. Atletlər, siyasətçilər, tanınmış şəxslər, incəsənət adamları, ictimaiyyət nümayəndələri və tələbələr 17 kilomertlik məsafəni qət edərək, Zəfər Tağının qarşısından start götürən və yekunlaşan marafonnun iştirakçısı oldu.

İdman sahəsindəki uğurlar da yekunlaşmaqda olun ilin nəaliyyətləri sırasındadır. Gəncə adına böyük qələbə ölkəmizdə ilk dəfə təşkil olunan İslam Həmrəyliyi Oyunlarında qazanılıb. Basketbolçu Amil Həmzəyev və paracüdoçu Ramil Qasımov İslamidada yığma komandanın tərkibində qızıl medala sahib olublar. Basketbolun 3X3 növündə millimizin formasını geyinən Həmzəyev bütün oyunlarda iştirak edərək komandamızın İslam Həmrəylik Oyunlarının qalibi olmasında böyük rol oynayıb.  Avropa, dünya, Paralimpiya Oyunlarının qalibi olan Ramil Qasımov 73 kq çəkidə medal kolleksiyasına İslamiadanın qızıl mükafatını əlavə edib. Hər iki idmançı qazandıqları nailiyyətə görə idman ilin yekunlarına dair keçirilən tədbirdə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən mənzillə mükafatlandırılıb. 

İnanırıq ki, 2018-ci il Gəncə üçün daha da uğurlu olacaq... Yeni ildən yeni nəaliyyətlərə doğru...