• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1446
— 29.12.2017 12:59

Keçmiş əri qadını bıçaqladı

KepezTV Player

Şirvanda keçmiş əri qadını xəstəxanalıq edib. Şəhər sakini qısqanclıq zəminində 34 yaşlı Şəlalə İsgəndərovaya bıçaq xəsarətləri yetirib. Yaralı Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Abşeron rayonunun Xırdalan şəhərində də bıçaqlanma hadisəsi baş verib. Naməlum şəxs 30 yaşlı Ruslan Aydınova kəsici alətlə xəsarət yetirib. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qanlı hadisələrlə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Zülfiyyə Telmanqızı