• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2246
— 28.12.2017 23:47

Oğul oğru çıxdı

KepezTV Player

Şəmkirdə oğurluq hadisəsi baş verib. Amma oğurlanan da, oğru da eyni evdəndi. Şəxs öz ailəsinə məxsus qızıl zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirib. Sonra da əli qandala keçib...

Dekabrın 26-də Şəmkir rayonun Bayramlı kənd sakini  Elman Cəfərov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, evindən ümumi dəyəri 38.000 manat olan qızıl zinət əşyalarının oğurlanması barədə məlumat verib. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, oğru çox da uzaqda deyil. Qızılları ailənin üzvü, şikayətçi Elman Cəfərovun oğlu Şahmar Cəfərov oğurlayıb. Zinət əşyaları da, Şahmarın öz həyat yoldaşının və qardaşının həyat yoldaşının olub.

Şahmar Cəfərov ilkin dindirmə zamanı xoşagəlməz əməlini etiraf edib. Baxmayaraq ki, qızıl zinət əşyalarının çox hissəsini satıb, amma bir qismi ondan maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəmkir RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.