• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2310
— 27.12.2017 19:36

5 piyadanı avtomobil vurdu

KepezTV Player

Kürdəmirdə piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib.

Hadisələrdən biri Bakı-Qazax əsas magistral yolunun 200-cı kilometrliyində, Qarabucaq kəndində qeydə alınıb.Avtomobil yolu keçmək istəyən piyada, rayonun Xırdapay kənd sakini Nadir İsgəndərovu vurub. Ağır xəsarətlər alan İsgəndərov elə oradaca ölüb.Sürücü isə olay yerini tərk edib. Onun tapılaraq istintaqa cəlb olunması istiqamətində zəruri tədbirlər görülür.

Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində isə Süleyman Quliyev idarə etdiyi traktorla yolu keçən piyada, 35 yaşlı Yusif Rüstəmovu vuraraq öldürüb.

Gəncədə də piyadavurma faktı qeydə alınıb. Hadisə şəhərin Yeni Gəncə yaşayış massivində, Mir Cəlal Paşayev küçəsində baş verib. "Vaz 2106" markalı avtomobillə hərəkətdə olan 28 yaşlı şəhər sakini Tofiq Quliyev yolu keçmək istəyən Daşkəsən sakinləri, 54 yaşlı Qafqaz Rəhimovu və 45 yaşlı Etibar Bağırovu vurub. Sürücü yaralıları dərhal Gəncə şəhər TTYX-ya çatdırıb. İlkin müayinə zamanı vurulan şəxslərin sərxoş olduqları üzə çıxıb.

Mingəçevir şəhərində qadın piyadanı avtomobil vurub. Hadisə 20 Yanvar küçəsində, Yevlax sakini Ediliya Abdullayeva yolu keçmək istəyərkən qeydə alınıb. Yaralı Mingəçevir Şəhər Mərkəzi Xətəxanasına çatdırılıb.

Tovuz rayonunun Öysüzlü kəndində sürücünün boyun nahiyəsinin qırılması ilə nəticələnən yol qəzası baş verib. 28 yaşlı Zülfüqar Quliyev idarə etdiyi "VAZ" markalı avtomobili yol kənarına aşırıb.Maşının bir neçə dəfə dövrə vurması nəticəsində sürücü qapalı kəllə-beyin travması alıb. Onun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Müayinələrlə məlum olub ki, Quliyevin boyun sümüyü sınıb, vəziyyəti ağır kimi qiymətləndirilir.

Polis faktları araşdırır.