• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1195
— 25.12.2017 13:16

Gənci döyərək xəstəxanalıq etdilər

KepezTV Player

Sözlə anlaşa bilməyənlər şiddətə əl atıblar. Zərbəsinin ağırlığı yumruqdan da betər olan söz onların qəzəblərini söndürə bilməyib. Nəticədə kimsə günahkar, kimsə qurbana çevrilib. İki döyülmə faktından biri paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb. Tanışı mübahisə etdiyi 27 yaşlı Anar İsmayılova şiddət tətbiq edib. Gənc alın və göz nahiyəsinin çapılmış-soyulmuş yaraları ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Nəsimi rayonu, İlqar Cümşüdov küçəsində isə 37 yaşlı Heybət Bəşirov pərakəndə şəkildə metal qəbul edən şəxslərlə mübahisə edib. Yaşadığı evin yerləşdiyi küçədə 3 nəfərin yüksək səslə müştəri cəlb etməyə çalışması Bəşirovun ürəyincə olmayıb, nəticədə dava düşüb. Döyülərək orta-ağır bədən xəsarətləri alan şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktlarla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı