• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 978
— 25.12.2017 12:58

Yol qəzaları ölüm və xəsarətlə nəticələndi

KepezTV Player

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib. İqrık kəndi ərazisində “Mercedes” markalı minik maşını ilə mikroavtobus toqquşub. Bir nəfər ölüb, 3 nəfərsə xəsarət alıb. Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.Xaçmazda 2 yük avtomobili toqquşub. Hadisə Gəndob-Yalama yolunun Çanaxır kəndi ərazisindən keçən hissəsində baş verib. Rusiya Federasiyası Dağıstan Respublikasının sakini Məhəmməd adlı sürücünün idarə etdiyi "VOLVO” markalı yük maşını qarşıdan gələn, Bakı sakini Elmar Abbasovun sükanı arxasında olduğu "Qazel”lə toqquşub. Zərbənin təsirindən "Qazel" yol kənarına aşıb. İçərisindəki sərnişin, 24 yaşlı Fərid Orucov xəsarət alıb. Xaçmaz MRX-na çatdırılan yaralıya sağ bud və baldır nahiyyəsinin əzilməsi diaqnozu qoyulub. Bakı-Şamaxı-Yevlax magistral yolunun 105 km-de qatı duman səbəbindən ağır yol qəzası bas verib. Balaken rayon sakininin sükanı arxasında olduğu "VAZ-21010" qarsı tərəfdən gələn, Qobustan sakininin idare etdiyi "VAZ-2107" ilə toqqusub. Avtomobillərdə olan sərnisinlər-55 yaşlı Zaqatala sakini Lalende Gülayeva, 45 yaşlı Qobustan sakini Gülşən Agayeva ve onun 22 yaşlı oğlu Hilal Agayev xəsarət alıb. Laləndə Gülayeva Samaxı Mərkəzi Rayon Xəstəxanasına, digər iki yaralı Qobustan Mərkəzi Rayon Xəstəxnaasına aparılıb. Xəstələrin vəziyyəti orta-ağırdır. Abşeron rayonunun Xırdalan şəhərində isə orta yaşlı qadını avtomobil vurub. Hadisə 37 yaşlı Cəmilə Arzuməmmədova yolu keçərkən baş verib. Qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

Zülfiyyə Telmanqızı