• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 969
— 23.12.2017 18:54

Daşkəsəndə yük avtomobili aşıb

Daşkəsəndə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Çovdar kəndində baş verib. Belə ki, "Shagman" markalı yük maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Xalfalı Xələfov və Elmalı Xələfov xəsarət alıb. Onların hər ikisinə tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Xaliq Qurbanlı