Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi və Dünya azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Göygöl ictimaiyyəti ekoaksiyaya qatılıb. Rayon mərkəzindəki park və xiyabanlara, eləcə də yol kənarlarına 1000-ə yaxın akasiya, şam, çinar və müxtəlif meyvə ağacları əkilib. Yaşıllıqlara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib. Aksiya çərçivəsində ərazidə təmizlik işləri aparılıb və bitgilər alaq otlarından təmizlənib. Cari ilin geridə qalan dövrü ərzində rayonun müxtəlif ərazilərinə 18 minə qədər eldar şamı və iqlim şəraitinə uyğun gələn digər ağaclar əkilib.
Turani Əliyev Göygöl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini: Əhalimiz böyük ruh yüksəkliyi ilə bu təşəbbüsə qoşulublar. Bu elə bir təşəbbüsdür ki bu şəhərimizin gözəlliyidir. Eyni zamanda şəhərimizin gələcəyi üçün nəzərdə tutulan bir tədbirdir. Ona görə də rayon içtimayyəti hamısı istər partiya fəalları istərsədə bu tədbirlərdə ürəklə iştirak edirlər.
Natiq Hüseyn
- Baxış: 470