• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 721
— 19.12.2017 15:10

Gəncədə teatrlar qış tətili şənliklərinə hazırlaşırlar

KepezTV Player

Gəncədə teatrlar qış tətili şənliklərinə hazırlaşırlar. Məktəblilərə təqdim olunacaq “Çəkməli pişik” və “Şaxta babanın ad günü” tamaşalarının son məşqləri gedir.

Gəncə Dövlət Dram Teatrı fransız yazıçı Şarl Perronun “Çəkməli pişik” nağılı əsasında musiqili tamaşa hazırlayır. Teatrın səhnəsində ilk dəfə nümayiş olunacaq tamaşa yeni il karnavalı üzərində qurulub.

Elşad Əhmədov quruluşçu rejissor: “Tamaşanın finalına planlaşdırmışıq ki, burada Çəkməli pişiyin Pierde Karabas adlandırdığı Dəyirmançı oğlu Pierla Kral qızının evlənməsi mərasiminə Şaxtababa və Qarqızda gəlir. Tamaşada Şaxtababa və Qarqız yoxdu. Biz bunu sintez eləmişik ki, həm də uşaqların səbirsizliklə gözlədikləri Şaxtababa və Qarqız bu il Gəncə Dövlət Dram Teatrında Pierde Karabasla Şahzadənin toy mərasiminə təşrif buyuracaqdı”.

Balacalar mavi ekrandan izlədikləri Çəkməli pişiyi 45 dəqiqəlik tamaşada görə biləcəklər. Səhnədə tetarın 11 gənc aktyoru rol alıb.

Ruslan Hüseynov aktyor: “Canlandırdığım obrazımla öz balaca dostlarımıza daha çox insanın həyatda həqiqətən istədiyi mövqeyə, məqsədə yönəlməsini, təzyiqlərə məruz qalmamasını, öz fikrinə doğru bildiyi bir şeyə yönəlməsini aşılıyırıq.

Samir Abbasov aktyor: Uşaqlıq illərində ancaq o cizgi filmlərinə baxırdıq. Mən balaca dostlarımızı dəvət edirəm ki, bizim bu tamaşaya baxsınlar. Çox maraqlı bir tamaşadır.

Eliflərin Şaxta babaya ad günü hədiyyəsinə kimlərin mane olduqlarını isə balacalar Gəncə Dövlət Kukla Teatrının səhnəsində nümayiş etdiriləcək tamaşadan biləcəklər. Oğurlanan sehrli çomağın aştarışı elflərin Buzlar ölkəsinə gəlməsilə nəticələnir.

Fərmayıl Paşayev Gəncə Dövlət Kukla Teatrının baş rejissoru: Bu tamaşada bir başa tamaşaçılar işıq şou görəcəklər. Bir başa səhnənin özündə işıqların özünün müxtəlif şəkillərdə dəyişməsini, bu tamaşa həqiqətən də özlərini buzlar ölkəsində hiss edəcəklər.

50 dəqiqəlik “Şaxtababanın ad günü” tamaşasında balacalar bir çox nağıl qəhrəmanları - çəkməli pişik, elflər, qar kraliçasını, onun silahdaşlarını yaxından tanıyacaqlar.

Xudayət Əsgərov əməkdar artist: Ad günü isə nədən bəhz edir? Bu tamaşada qeyri adi ad qoyduq ki, bu bir növ sirli qalsın. Tamaşaçılar özləri gələnədə biləcəklər Şaxtababanın neçə yaşı var.

Nağəddin Məmmədov əməkdar artist: Biz mane olmalıyıq ki, Şaxtababanın ad günü keçirilməsin. Ancaq tamaşanın sonunda həmişə olduğu kimi xeyr qüvvələr şər qüvvələrinə qalib gəlir biz hec cürə amne ola bilmirik axırda şaxtababanın ad gününü hamımız birlikdə qeyd edirik.

Dram Teatrda “Çəkməli pişik” dekabrın 24-dən yanvar 10-na kimi gündə 4 seans, Kukla teatrında “Şaxtababanın ad günü” isə dekabırın 23-dən yanvarın 7-nə kimi gün ərzində 4 dəfə nümayiş olunacaq.

 

Elnur Vahidoğlu