• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1004
— 19.12.2017 14:23

Yollar yenə də qəzasız olmadı

KepezTV Player

Abşeron rayonunda dəhşətli yol qəzası baş verib. Hadisə Novxanı qəsəbəsində qeydə alınıb. Mercedes markalı avtomobil yolu keçmək istəyən ana ilə  4 yaşlı övladını vurub. Piyada keçidini keçən qadın avtomobilin gəldiyini görəndə uşağı kənara tullayıb.Ana aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Xəsarətlər alan övladı 4 yaşlı Salman Cavadov isə 1 Saylı Tibbi Kliniki Mərkəzə çatdırlıb. Həkimlər ona tibbi yardım göstəriblər, azyaşlı reanimasiya şöbəsinə yerləşdirilib. Qəzanı törədən sürücü saxlanılıb. Avtomobil isə cərimə mneydançasına aparılıb. Qəzaya yüksək sürətin səbəb olduğu bildirilir.

Yasamal rayonunda da yol nəqliyyat hadisəsi olub. 25 yaşlı Elnur Həsənli Mercedes markalı avtomobillə hərəkətdə olarkən sərxoş sənişinlər ona idarəetmədə maneçilik törədiblər. İdarəetməni itirən sürücü yol kənarında dayanan motoskleti və onu təmir edən iki nəfəri vuraraq bir neçə metr sürüyüb.Hər iki nəqliyyat vasitəsi digər Mercedes markalı avtomobilə dəyərək dayanıb. Qəza zamanı xəsarət alan şəxslər xəstəxanaya çatdırılıblar. Hadisə yerində polis əməkdaşları olublar. Müayinələr aparılıb. Mercedesin sürücüsü və sərnişinləri polis bölməsinə aparılıb. Faktlarla əlaqədar araşdırmalara başlanılıb.