• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1805
— 18.12.2017 13:02

Keçmiş məhkum narkotiklə yaxalandı

KepezTV Player

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Zaur Hüseynov saxlanılıb. Polis Şöbəsində baxış zamanı onun üzərindən narkotik vasitə olan 35 qram tiryək aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Selofan bağlamada gizlədilmiş 1 kq 900 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Əvvəllər iki dəfə məhkumluq həyatı yaşayan Zaur Hüseynov narkotik vasitəni tanımadığı İran vətəndaşı olan Rza adlı şəxsdən aldığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

 

Zülfiyyə Telmanqızı