• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1026
— 15.12.2017 10:02

Fiat kriminalistlər üçün pikap hazırladı

Fiat şirkəti İtaliya polisinin kriminalistika bölməsi üçün Fullback adlı xüsusi pikap hazırlayıb. Avtomobili metaldan yük yeri ilə və operativ mərkəzkə informasiya mübadiləsi üçün LTE Wi-Fi ilə təmin ediblər. Yük yerində quraşdırılan özəl boksda məhkəmə tibbi ekspertiza işi üçün lazım olan materiallar və avadanlıqlar daşınır. O, rəflər, yeşiklər, müxtəlif variantlı qutular və çantalardan ibarətdir. Hər iki tərəfə açılan iri qapılar ehtiyac duyulan avadanlığı ləngimədən götürməyə imkan verir. Bir cüt kabinədə də material daşımaq üçün ayrıca yer var. Burada hətta maddi sübut nümunələrinin saxlanması üçün konteyner-soyuducuya da rast gəlmək olar. Fiat Fullback 154 at güclü 24 litr həcmli motorla hərəkətə gəlir. 

 

Cavanşir Məmmədzadə