• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 687
— 14.12.2017 13:18

İkimərtəbəli evdə yanğın oldu

Zaqatalada fərdi yaşayış evində yanğın olub. Alov Yolayrıc kəndində, kənd sakini  Fərhad Musayevə məxsus, ümumi sahəsi 240 kv/m olan  ikimərtəbəli fərdi yaşayış evini cənginə alıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin tam yanmasının  qarşısı  alınıb. Evin dam örtüyünün 45 kv/m-lik hissəsinin və ikinci mərtəbədə otaqlardan birinin yanar konstruksiyaları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.