• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1316
— 14.12.2017 12:51

Yollar yenə də qəzasız olmadı

KepezTV Player

Paytaxtın Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Balaxanı qəsəbəsinin girişində işıqforun yaxınlığından yolu keçən 36 yaşlı Məhəbbət Nəcəfovu minik avtomobili vurub. Sürücü dərhal əraziyə təcili tibbi yardım briqadası çağırıb. Məhəbbət Nəcəfova ilkin tibbi yardım göstərilib, daha sonra xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törədən sürücü polis tərəfindən saxlanılıb.

Göygöl rayonun Üçtəpə kəndində də yol qəzası baş verib. Kənd sakini 31 yaşlı Qamət Süleymanov “Mersedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarında dayanan, Üçtəpə kənd sakini 26 yaşlı Sərxan Rəhimova məxsun “Lada Priora” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən  “Lada Priora” su kanalına düşüb. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan  “Mersedes”in sürücüsü  Qamət Süleymanov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib. Yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Daha bir yol-nəqliyyat hadisəsi Xaçmaz rayonu ərazisində qeydə alınıb. Xaçmaz -Xudat yolunun 1-ci km-də "VAZ 2107" və "Volkswagen" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ 2107-nin sürücüsü xəsarət alıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Qəzaların səbəbləri araşdırılır.