• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2250
— 13.12.2017 14:37

“Kəpəz” ilin son oyununa çıxır

KepezTV Player

Futbol üzrə Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunları çərçivəsində “Kəpəz” sabah Gəncədə “Keşlə”ni qəbul edəcək. Ötən həftəsonu Bakıda keçirilən ilk oyunda rəqibinə 2 cavabsız qolla uduzan “sarı-göylər” ümidini doğma meydandakı görüşə bağlayıb. İki oyunun nəticəsinə əsasən turu keçən tərəf olmaq istəyən gəncəlilər qarşıdakı matça hazırlığın əsas hissəsini Bakıda keçiriblər. Komanda paytaxt çalışmalarını başa vurduqdan sonra bu gün Nizami yurduna gəlib. “Kəpəz”in oyun öncəsi son məşqi qarşılaşmaya ev sahibliyi edəcək şəhər stadionunda olacaq. Kubok görüşünə Gəncə klubu itkilərlə çıxacaq. Kərim Diniyev və Viktor Oseqeyl zədəli olduqlarından komandaya kömək etməyəcək. Sonda qeyd edək ki, “Kəpəz” - “Keşlə” oyunu saat 13:00-da başlayacaq.  

 

Azad Rəfi