• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1604
— 13.12.2017 12:42

Oğurluq faktlarının üstü açıldı

KepezTV Player

Gəncə polisi oğurluq faktlarının üstünü açıb. Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin may-noyabr ayları ərzində rayon ərazisindəki 7 evdən velosiped, su mühərriki, tütün məmulatı, inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Azər Mehdiyev saxlanılıb. Oğurluq edən Sabirabad şəhər sakini də yaxalanıb. Dekabrın 12-nə keçən gecə Sabirabad rayonunun Kürkəndi kəndi ərazisindəki qəbristanlıqda qəbirlərin kənarına quraşdırılmış alüminiumdan olan lövhələri oğurlamaqda şübhəli bilinən Mircabbar Miriyev Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı