• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2010
— 13.12.2017 10:01

Yeni Mazda6-a crossover motoru quraşdırdılar

Mazda şirkəti rəsmi olaraq “6-lıq” adlı 4 qapılı modelinin yenilənmiş variantını sərgiləyib. Los-Ancelesdə debüt edən sedanın ən əsas yeniliyi CX-9 krossoverindən turbomotor mənimsəməsidir. “6-lıq” indi 4 silindrli 2,5 litrlik aqreqatla şütüyəcək. Mühərrik turbinlərin xüsusi konstruksiyasını əldə edib. Belədə qazla iş daha sürətli alınır. Motor 253 at gücünə malikdir və 6 diapazonlu avtomatik sürət qutusu ilə vəhdət təşkil edir. Restaylinqə məruz qalmış Mazda 6-nın ön hissəsi tamamilə dəyişib. Digər dəyişikliklərdən faralar, radiator barmaqlığı və bamperi qeyd etmək olar. Arxada fənərlər də fərqli görünüş alıb. Daxildə isə yalnız sükan və bir neçə dekorativ element yerində qalıb. Salonda dəridən və Yaponiyanın göyrüş ağacından istifadə olunub. Mazda 6-da rahatlığı daha da artırmaq üçün indi dairəvi görünüş sistemi, 8 düymlük multimedia sistemi, adaptiv kruiz kontrol və proyeksiyalı displey bərkidilib. Sedanın satışlarına Amerikada yaz aylarında başlanacaq. Amma digər bazarlar barədə məlumat verilmir.

 

Cavanşir Məmmədzadə