• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2195
— 12.12.2017 07:24

Gəncədə dostların mübahisəsi qanlı bitdi

KepezTV Player

Gəncə sakini bıçaqlanıb. Hadisə Fikrət Əmirov adına parkda baş verib. Şəhər sakini 15 yaşlı Elvin Nağıyev bıçaq yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralı dərhal əməliyyat olunub və palataya yerləşdirilib. Verilən məlumata görə, Elvin Nağıyevi Samral adlı dostu mübahisə zəminində bıçaqlayıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb, ilkin ifadəsi alınıb.Faktla bağlı araşdırma aparılır.

Bəxtiyar Əliyev həkim: Qarnın daxilə keçən kəsilmiş, deşilmiş yaralanması diaqnozu ilə daxil olunub. Təxirə salınmaz əməliyyat aparılıb. Əməliyyat zamanı nazik bağarsaqda yaralanma tikilib. Xəstənin vəziyyəti orta ağırdı, keçirilən əməliyyata uyğundu. Müvafiq müalicə aparılır.

Xaliq Qurbanlı