• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1930
— 09.12.2017 13:52

Gəncə şəhər stadionunda ehtiyat meydançalar yenidən qurulur

KepezTV Player

Gəncə şəhər stadionunda əsas meydançanın yenilənməsindən sonra növbə ehtiyat meydançalara çatıb. Arenanın ərazisində yerləşən yardımçı meydançalar yenidən qurularaq komandaların ixtiyarına veriləcək. Stadionun ərazisində bir süni, digər təbii örtüklü olmaqla iki qazonun salınması nəzərdə tutulub. “Kəpəz” klubunun maddi texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər çərçivəsində bazanın təmiri də bura daxildir. Bu işlər həyata keçirildikdən sonra “Kəpəz” 2018-ci ildə doğma şəhərdə məskunlaşaraq məşqlərini Gəncədə keçirə biləcək.